Azərbaycanda koronavirus infeksiyasına daha 1095 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 55 min 269-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib, ölənlərin ümumi sayı 730 nəfərə çatıb.
Virusa yoluxmuş 43 min 543 nəfər (sutka ərzində +547) müalicə olunaraq sağalıb.
Hazırda 10 min 996 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11,441 min, hazırkı dövrədək isə 1 milyon 352 min 907 test aparılıb.**
X.Nəsirzadə