Ermənistan silahlı qüvvələri Tərtər və Ağcabədi rayolarının yaşayış məntəqələrini yenidən atəşə tutub. Bu barədəMüdafiə Nazirliyindən məlumat verilir.
“Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi düşmən tərəfindən artilleriya atəşinə tutulur”, - məlumatda bildirilir. **
X.Nəsirzadə