Cenevrədə əldə olunan razılıqlara baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqlərini raket-artilleriya atəşinə tutmaqda davam edir. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub”, - Hacıyevin bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, şənbə günü səhər saat 06:00-dan saat 12:00-dək bu rayonlar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılıb. **
X.Nəsirzadə