Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb. Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb. Bundan başqa, 455 mülki obyekt, 97 hündürmərtəbəli yaşayış binası və 2465 yaşayış evi yarasız hala düşüb”, - deyə məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.**
X.Nəsirzadə