Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanla dövlət sərhədində mövqelərimizin atəşə tutulması barədə məlumat verir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub”, - MN-dən qeyd olunur. **
X.Nəsirzadə