Azərbaycan Müdafiə Nazirliyi Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması barədə məlumat verir.
“Noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur», - MN-dən bildirilir. **
X.Nəsirzadə