Hazırda hamı Dağlıq Qarabağda münaqişənin gələcəkdə gərginləşməsinə səbəb olacaq addımlardan çəkinməlidir. Bu barədə RF-nin Ankaradakı səfiri Aleksey Yerxov “İnterfaks”a müsahibəsində bildirib.
“Əsas bunları nəzərə almaq lazımdır: döyüşlər gedir, insanlar həlak olurlar, bu səbəbdən, əgər kiminsə indi hadisələrin inkişafına təsir etmək üçün kiçik imkanı varsa, atəşkəsin əldə olunmasına real töhfə verəcək imkan varsa, bundan istifadə etmək lazımdır. Və, təbii ki, indi hər kəs bu münaqişəni daha da şiddətləndirəcək addımlardan çəkinməlidir”, - Yerxov bildirib.
O qeyd edib ki, Moskva və Ankara Dağlıq Qarabağda vəziyyət ilə bağlı “çox sıx təmasdadır”. **