Bazar günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfəriə gələn Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüş keçirib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən Azərbaycanlı dinc əhalinin atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verib”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, Bayramov və Çavuşoğlu bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğulayıblar. **
X.Nəsirzadə