Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin bir sıra KİV-də respublikanın cənubunda ərazilərin atəşə tutulması nəticəsində guya iki rusiyalı sərhədçinin həlak olması ilə bağlı məlumatları təkzib edib.
“Bir sıra kütləvi informasiya vastələrinin nümayəndələrinin bir neçə mənbələrdə iki rusiyalı sərhədçinin həlak olması “məlumatının” yayılmasını şərh etməklə əlaqədar müraciətləri ilə bağlı məlumat veririk: bu həqiqətə uyğun deyil. KİV-i bu növ ortaya atılmış informasiyalara çox ehtiyatlı və həssas yanaşmağa çağırırıq”, - Rusiyanın diplomatik missiyasının Facebook səhifəsində dərc olunan şərhində deyilir.
Öncə Ermənistan Müdafiə Nazirliyi həmçinin iki rusiyalı sərhədçinin həlak olması faktını təkzib edib. **