Azərbaycan Müdafiə Nazirliyi Xocavənd istiqamətində düşmənin hərbi avtomobil kortejinin məhv edilməsi barədə bəyan edib.
“Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb. İstiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib”, - MN-nin məlumatında qeyd olunur. *
Ə.Məmmədov