Dağlıq Qarabağa sülhməramlıların yeridilməsi parametrləri münaqişə tərəfləri ilə razılaşdırılmalıdır, ABŞ-ın Skandinaviya sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı təklifinin təfərrüatları Rusiya Xarici İşlər Nazirliyinə məlum deyil. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Bunu amerikalılardan soruşmaq lazımdır ki, bütün bu təklif və ideyaları onlar haradan götürüblər. Mümkün mexanizmlərin bütün lazımi parametrləri münaqişə tərəfləri ilə məsləhətləşmələr aparılmaqla razılaşdırılmalıdır", - deyə Rudenko bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, ABŞ-ın Skandinaviya sülhməramlılarının regiona göndərilməsi təklifi RF XİN-ə yalnız ölkə prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayenin çıxışlarından məlumdur.*