Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru vəzifəsinə Elmar Mirsalayev təyin olunub. Bu barədə ASA-nın məlumatında deyilir.
“Elmar Mirsalayevin namizədliyi və icraçı direktor vəzifəsinə təyinatı ASA-nın Müşahidə Şurasının üzvləri tərəfindən yekdilliklə dəstəklənib”, - deyə məlumatda bildirilir.
Elmar Mirsalayev bu təyinata qədər "Atəşgah Sığorta" şirkətində Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb.*
Ə.Məmmədov