2020-ci il oktyabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 467,8 milyon təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə AMB-nin məlumatında deyilir.
2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,3% artıb.
Oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 0,4% və ya $23,6 milyon azalıb.
2019-cu ildə AMB-nin valyuta ehtiyatları 11,2% artıb.*
A.Əzizov