“Muğanbank” 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 17% - 548,268 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2020-ci il tarixinə bankın kredit portfeli 334,335 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 8,7% - İF) təşkil edib. Oktyabrın əvvəlinə istehlak kreditləri 23,199 milyon manat (azalma 57,8%), biznes kreditləri 201,512 milyon manat (azalma 3,3%) həcmində qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 463,419 milyon manata (azalma 19,2%), bankda depozitlər 234,473 milyon manata (azalma 30%), o cümlədən əhalinin əmanətləri 207,878 milyon manata (azalma 13,1%) bərabərdir.
Oktyabrın əvvəlinə “Muğanbank”ın kapitalı 84,849 milyon manat (azalma 2,5%), nizamnamə kapitalı 102,5 milyon manat (dəyişməyib) təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 1 milyon 880,74 min manata (2019-cu ilin analoji dövrü ilə müqayisədə azalma 77,2% - İF) bərabər olub.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.*
Ə.Məmmədov