Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı rayonunu intensiv artilleriya atəşə tutur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur. Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur”, - deyə məlumatda bildirilir.*
N.Abbasova