Azərbaycan hərbçilərinin Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini atəşə tutması barədə Ermənistan mətbuatının məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.
“Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır”, - nazirlikdən qeyd olunur.
"Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır", - MN-dən vurğulanır. **
N.Abbasova