Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin guya cəbhənin cənub istiqamətində əvvəlki mövqelərinə atıldığı barədə məlumatı təkzib edir.
“Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil”, - nazirlikdən bildirilib.
Qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir.
“Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır”, - nazirlikdən vurğulanır. **
B.Rüstəmbəyov