Dağlıq Qarabağa dair təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində ekspertlər səviyyəsində aparılır, Azərbaycan və Ermənistan başçılarının görüşünün təşkili barədə danışmaq tezdir. Bunu RF XİN başçısının müavini Andrey Rudenko deyib.
“İndi əkspertlər səviyyəsində danışıqlar gedir, ilk növbədə, ATƏT-in Minsk qrupunun həmsədrliyi səviyyəsində. Yəgin ki, hazırda başqa nə isə barədə danışmaq tezdir”, - Rudenko “İnterfaks”ın sualına cavabında jurnalistlərə bildirib. **