Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır. Bunu İranın ali dini rəhbəri Ayətullah Əli Xomeyni deyib.
“İranın iki qonşusu arasında müharibə təhlükəlidir və tezlikdə başa çatmalıdır. Məlumdur ki, bu torpaqlar Azərbaycanındır və Ermənistan tərəfindən işğal olunmuş ərazilər azad olunmalıdır”, - Xomeyni bu gün bildirib. Bu barədə İranın Bakıdakı səfirliyi onun sözlərindən sitat gətirir.
Xomeyni vurğulayıb ki, Azərbaycan “beynəlxalq hüquq nöqteyi-nəzərindən bu məsələdə tam haqlıdır”. **
X.Nəsirzadə