Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 58 min 282-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib, ölənlərin ümumi sayı 768 nəfərə çatıb.
Virusa yoluxmuş 45 min 30 nəfər (sutka ərzində +551) müalicə olunaraq sağalıb.
Hazırda 12 min 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11,159 min, hazırkı dövrədək isə 1 milyon 379 min 779 test aparılıb.**
X.Nəsirzadə