Ermənistan Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə əngəl törədən tərəfdir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistan münaqişənin sülh yolu ilə həllinə əngəl törədir. Sülh barədə danışarkən onlar danışıqlar prosesinin məhv edilməsi ilə məşğuldurlar. Təcrübə göstərir ki, danışıqlar nəticəyönümlü və səmərəli ola bilər, əgər əks tərəf konstruktiv olarsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, səmimi olarsa”, - Hacıyev bu gün keçirilənbrifinqdə bildriib.
Onun sözlərinə görə, bütün bunları Ermənistan nümayiş etdirmir.
“Biz qarşı tərəfdə bütün bunları görmürük. Buna görə, Ermənistanla səmərəli danışıqların aparılması böyük sual altındadır”, -o bildirib. **
B.Rüstəmbəyov