Ermənistan Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə keçməyə hazırlaşır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bizdə olan məlumata əsasən, döyüş meydanında məğlub olan Ermənistan tərəfi Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə keçməyə hazırlaşır. Bu məsələ Ermənistanın hərbi-siyasi rəhbəırliyi tərəfindən fəal müzakirə olunur və terror hücumlarına keçid deməkdir”, - Hacıyev bu gün keçirilənbrifinqdə bildriib.
Onun sözlərinə görə, Azərbaycanın xaricdəki nümayəndəliklərinə və vətəndaşlarımıza onlara qarşı terror hücumları barədə xəbərdarlıq olunub.
“Azərbaycanın hüquq-mühafizəi orqanları müvafiq xəbərdarlıqla bağlı artıq əhaliyə müraciət edib. O cümlədən, biz xarici ölkələrdə olan vətəndaşlarımızı xüsusilə diqqətli və ayıq-sayıq olmağı xahiş edirik. ASALA və digər erməni terror təşkilatlarının Ermənistanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı və hətta onların güc strukturlarına dərin inteqrasiyası arıq real sübut olunmuş faktdır. Buna görə, üçüncü ölkələrdə Azərbaycan vətəndaşlarına, diplomatlara və iş adamlarına hücum faktları istisna olunmur”, - Hacıyev qeyd edib.
O əlavə edib ki, Ermənistan öz ərazisindən dövlət sərhədi boyu Azərbaycan ərazisini atəşə tutmaqda davam edir, baxmayaraq ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana ərazi iddiaları yoxdur.
“Ermənistan öz ərazisindən Azərbaycan ərazisindəki hərbi və mülki obyektləri atəşə tutmaqda davam edir. Bu, xüsusilə Qubadlı və Zəngilan istiqamətlərində müşahidə olunur. Bundan başqa, son günlər ərzində Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz, Qazax və Daşkəsən rayonlarını atəşə tutur. Biz bir daha bəyan edirik ki, bizim Ermənistana ərazi iddialarımız yoxdur”, - Hacıyev bəyan edib. **
Ə.Məmmədov