Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan silahlı qüvvələrinin snayper qrupunu məhv edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələri endirilib. Nəticədə, Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib”, - məlumatda deyilir. **
X.Nəsirzadə