2020-ci ilin yanvar-sentyabr aylarında “Azexport.az” portalına ümumilikdə $462,4 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
O cümlədən, cari ilin sentyabr ayında ixrac sifarişlərinin dəyəri $33 milyon təşkil edib.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2020-ci il oktyabrın 1-dək $2 milyard 47,2 milyon məbləğində ixrac sifarişləri daxil olub.
2019-cu ildə “Azexport.az” portalına $595,7 milyon məbləğində ixrac sifarişləri daxil olub və 2018-ci illə müqayisədə artım 15,9% təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekbar ayında “Azexport.az” portalını istifadəyə verib.**
B.Rüstəmbəyov