Ermənistanın «VoMa» terror təşkilatı Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak məqsədilə 300-dən artıq muzdlu cəlb edib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Hazırda bu təşkilat (“VoMa” - İF) internet vasitəsilə müxtəlif ölkələrdən 300-dən artıq şəxsi cəlb edib, onlara pul mükafatı vəd edib. Onlar Azərbaycanın işğal olunmuş ərazilərində Qarabağda erməni silahlı birləşmələrinin tərəfinə keçməyi planlaşdırırlar. Bundan başqa, etibarlı mənbədən əldə olunmuş məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin siralarında Livan, Suriya, Kanada, Fransa, həmçinin bir sıra Avropa ölkələrindən muzdlular var”, - Hacıyev bu gün brifinqdə bildirib.
Bundan başqa, Hacıyev qeyd edib ki, ASALA, PKK kimi terror təşkilatlarının üzvləri Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak üçün dəstə toplayırlar.
O əlavə edib ki, Ermənistan yalnız bu yaxınlarda BMT-nin “Silahlımuzdluların cəlbedilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı BeynəlxalqKonvensiyası”nı ratifikasoya etməkyə dair qərar qəbul edib və diqqəti yayındırmaq, istəyir. Bu zaman isə İrəvan beynəlxalq terrorçuları fəal şəkildə cəlb edir.
“Əgər Ermənistan bu Konvensiyanı indi qəbul edibsə, Azərbaycan isə hələ 1997-ci ildə bu Konvensiyaya qoşulub. Həmçinin, Ermənistan fəal olaraq feyk videogörüntülər yayır, guya Azərbaycan Ordusu döyüşlər zamanı itkilərini kompensasiya etmək məqsədilə sıralarına muzdluları cəlb edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Ordusu tapşırıqlarını rəşadətlə yerinə yetirir və üçüncü ölkələrdən muzdlulara ehtiyac duymur”, - Hacıyev vurğulayıb. **
X.Nəsirzadə