Azərbaycan Silahlı Qüvvələri cəbhənin Xocavənd istiqamətində edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına atəş zərbəsi vurub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Vurulan atəş zərbəsi nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb. Həmçinin, məlum olub ki, alay komandirinin fərarilik edərək qaçıb, D-20 artilleriya divizionunun hərbi qulluqçuları isə itkin düşüblər”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov