Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin yaradılması üzərində iş davam edir, elektron nəzarət vasitələrindən tutmuş hərbi kontinqentlərin iştirakı ilə əməliyyatlara qədər müxtəlif variantlar müzakirə olunur. Bunu RF XİN başçısı Sergey Lavrov deyib.
“Bu məsələnin həllinə dair müxtəlif yanaşmalar var. Elektron nəzarət vasitələrinin istifadəsi, İrəvan və Bakı arasında “qaynar xətt”in yaradılması, ATƏT-in himayəsi altında müşahidəçilərin cəlb olunması, hərbi kontinqentlərin iştirakı ilə əməliyyatların həyata keçirilməsi variantları mövcuddur”, - Lavrov “Kommersant” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, “hələ ki, bütün parametrləri razılaşdırılmaq mümkün olmayıb”. **