Moskva Dağlıq Qarabağda münaqişə zonasına muzdluların gətirilməsindən narahatdır, onların sayı 2 min nəfərə çatır. Bu barədə RF XİN başçısı Sergey Lavrov məlumat verib.
“Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləlləşdirilmə və Yaxın Şərqdən muzdluların cəlb edilməsi bizi narahat edir”, - Lavrov “Kommersant” nəşrinə müsahibəsində bildirib.
“Biz dəfələrlə xarici oyunçuları muzdluların cəlb edilməsinin qarşısını almaq məqsədilə öz imkanlarından istifadə etməyə çağırmışıq”, - nazir məlumat verib.
Onun sözlərinə görə, bu mövzuya, xüsusilə oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı, o cümlədən Azərbaycan və Ermənistam liderləri ilə müntəzəm təmaslar zamanı toxunulub.
“Müxtəlif kanallar vasitəsilə mövqeyimizi inadla irəli sürməyə davam edirik”, - Lavrov bəyan edib. **