Azərbaycan Ermənistandan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa hazır olması ilə bağlı bəyanat almayıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu sözləri prezident İlham Əliyev deyib.
“Mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib”, - deyə dövlət başçısı İtaliyanın “La Republica” qəzetinə müsahibəsində bildirib.
Prezident əlavə edib ki, Azərbaycan Ordusu dörd rayonu birtərəfli qaydada erməni işğalından azad edib.*
N.Abbasova