2020-ci ilin oktyabr ayında Silahlı Qüvvələrə Yardım Fonduna təxminən $57 milyon məbləğində vəsait daxil olub.
Müdafiə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 milyon 906 min 626,24 manat (təxminən $45,8 milyon), 10 milyon 777 min 425,16 ABŞ dolları, 147 min 255,19 avro və 5 milyon 57,55 min rubl vəsait daxil olub.
Bundan başqa, oktyabrda Silahlı Qüvvələrə Yardım Fonduna 495 min 521,33 türk lirəsi və 1 min 294,72 ingilis funt sterlinqi köçürülüb.
Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198 milyon 103,034 min manat ($116,531 milyon), 10,996 milyon ABŞ dolları, 165,596 min avro, 5,063 milyon rubl, 495,5 min türk lirəsi və 1,295 min ingilis funt sterlinqi vəsait daxil olub.
Beləliklə, noyabr ayının əvvəlinə Fondda təxminən $127,843 milyon məbləğində vəsait yığılıb.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il tarixli Fərmanı ilə yaradılıb.*
N.Abbasova