Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 2,734 min yaşayış evi yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb. Bundan başqa, 500 mülki obyekt, 98 çoxmənzilli yaşayış binası və 2,734 min yaşayış evi yararsız vəziyyətə düşüb”, - deyə məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.*
X.Nəsirzadə