Azərbaycanda koronavirus infeksiyasına daha 1227 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 59 min 509-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib, ölənlərin ümumi sayı 780 nəfərə çatıb.
Virusa yoluxmuş 45 min 697 nəfər (sutka ərzində +667) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 32 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11,474 min, hazırkı dövrədək isə 1 milyon 391 min 253 test aparılıb.*
B.Rüstəmbəyov