İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin edib. Bu barədə Mərkəzin məlumatında deyilir.
“Qurumun icraçı direktoru Vüsal Qasımlının əmri ilə İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin baş analitiki Məsumə Talıbova Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsinə təyin olunub”, - deyə məlumatda bildirilir.
M.Talıbova İİTKM-də 2016-cı ildən işləyir. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində də iş təcrübəsinə malikdir.
Rəqəmsal Ticarət Qovşağı yerli, regional və beynəlxalq elektron ticarətin dəstəklənməsi üçün nəzərdə tutulmuş elektron platformadır.*
N.Abbasova