Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi işlərinin həyata keçirilməsinə «Kür-Araz Şirkəti» MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə 6 milyon 691,35 min manat dəyərində müqavilə bağlanıb.*
X.Nəsirzadə