Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün olacaq.
“Bilirsiniz ki, Rusiya Cənubi Qafqazdakı münaqişənin tez bir zamanda bitməsi, insanların həyatının qorunub saxlanılması üçün özündən asılı olan hər şeyi edir. Qarabağdakı münaqişədə tərəflərin qarşılarına qoyduğu məqsədlərə danışıqlar yolu ilə də nail olmaq mümkün idi”, - deyə Putin bu gün dini birliklərin nümayəndələri ilə görüşdə bildirib.
O vurğulayıb ki, Rusiya həm Ermənistanla, həm də Azərbaycanla təmasdadır.
“Ümid edirəm ki, biz regionda yaşayan bütün insanları qane edəcək nəticəyə sülh yolu ilə nail olacağıq”, - deyə Rusiya prezidenti qeyd edib.*