Prezident İlham Əliyev daha 7 kəndin erməni işğalından azad edildiyini elan edib.
“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə dövlət başçısı özünün “Twitter” hesabında bildirib.*
Ə.Məmmədov