Müdafiə Nazirliyi Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının (PUA) vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
“Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır. Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə