Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistan və Azərbaycanın bir-birinə qarşı şikayətləri ilə əlaqədar yeni tədbirlər görməyəcək, çünki bu şikayətlər onun yurisdiksiyasına aid deyil.
"Məhkəmə qeyd edir ki, iki dövlətlərarası sorğu ciddi problemlərə əsaslansa da, burada məhkəmənin yurisdiksiyasına aid olmayan bir sıra məsələlər qaldırılır", - deyə AİHM-in bu gün dərc olunmuş bəyanatında bildirilir.
Məhkəmənin yurisdiksiyasına aid olan məsələlər üzrə qərar artıq daha əvvəl qəbul edilib və AİHM onu dəyişdirməyə səbəb görmür. Xüsusilə sentyabrın 29-da məhkəmə Azərbaycan və Ermənistanı mülki əhalinin hüquqları haqqında Konvensiyanın pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə çağırıb.*