Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü planlaşdırılmır. Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.
"Hazırda Paşinyan və Əliyevin görüşü planlaşdırılmır. Belə bir görüş nəzərdə tutulanda, bu barədə məlumat verəcəyik", - deyə Mnatsakanyan bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan XİN başçılarının da görüşü planlaşdırılmır.
"Gündəlik iş aparılır. ATƏT-in Minsk qrupunun həmsədrləri fəal şəkildə cəlb olunub. Hər şey zərurətdən və vəziyyətdən asılıdır", - deyə Mnatsakanyan qeyd edib.*