2020-ci ilin noyabr-dekabr aylarında Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə orta aylıq transfertin həcmi təxminən $670 milyon təşkil edə bilər ki, bu da oktyabr səviyyəsindən 19,6% çoxdur. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, "Qazprombank"ın (QPB) analitikləri hesab edirlər.
“Mərkəzi Bankın ötən çərşənbə axşamı keçirdiyi hərracda valyuta satışının həcmi ($62,4 milyon) sabit olub və bir həftə əvvəlki hərracın nəticələri ilə müqayisədə 2,7% azalıb. Eyni zamanda, hərracda valyuta satışları mart ayında qeydə alınmış ($323,2 milyon) ilin əvvəlindən bəri ən yüksək gostəricidən 5,2 dəfə azdır”, - deyə analitiklər "Bazarların naviqatoru" adlı icmalda qeyd ediblər.
Oktyabrın 1-nə olan vəziyyətə görə, ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi təxminən 9 milyard manat ($5,3 milyard) və ya maksimum məbləğin 73,7%-ni təşkil edib, qalan 26,3% (3,2 milyard manat və ya $1,9 milyard) isə 2020-ci ilin oktyabr-dekabr aylarında köçürüləcək.
"Oktyabr ayında $560,3 milyon həcmində satışlar nəzərə alınmaqla, noyabr-dekabr aylarında büdcəyə orta aylıq transfert $670 milyon təşkil edə bilər ki, bu da oktyabr səviyyəsindən 19,6% çoxdur. Bu həcm sentyabr ayında valyutanın satış səviyyəsi ($606,4 milyon) ilə müqayisə edilə bilər. Beləliklə, oktyabr-dekabr aylarında da ARDNF-in aylıq valyuta satışlarında ciddi artım gözləmirik", - deyə QPB-nin analitikləri vurğulayıblar.*
A.Əzizov