Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 60 min 873-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib, ölənlərin ümumi sayı 794 nəfərə çatıb.
Virusa yoluxmuş 46 min 465 nəfər (sutka ərzində +794) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 614 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13,29 min, hazırkı dövrədək isə 1 milyon 404 min 543 test aparılıb.*
B.Rüstəmbəyov