Müdafiə Nazirliyi Qarabağda döyüşlərin cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam etdiyi barədə bəyan edib.
“Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib”, - məlumatda qeyd olunur.
MN-dən bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini atət.ə tutmağa davam edir.
“Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub”, - məlumada qeyd olunur.
Vurğulanır ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.**
X.Nəsirzadə