Müdafiə Nazirliyi cümə günü səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun ərazisinin atəşə tutulması barədə məlumat verir.
“Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür”, - məlumatda qeyd olunur.
Bildirilir ki, gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub. **
X.Nəsirzadə