Müdafiə Nazirliyi erməni hərbçilərinin cəbhənin Qubadlı-Laçın istiqamətində geri çəkilməsi barədə məlumat verir.
“Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb», - məlumatda deyilir.
Bundan başqa, Müdafiə Nazirliyinə məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. “Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb”, - MN-dən vurğulanır. **
X.Nəsirzadə