Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, tibb işçilərinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə cari ilin oktyabr, noyabr və dekabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək, yəni 1 yanvar 2021-ci ilə qədər. **
Ə.Məmmədov