Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə - 190 manat veriləcək.
“Bu şəhər vərayonlarda birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır”, - “İnterfaks-Azərbaycan”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
2020-ci ilin aprel ayından sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə bu məqsədlə ümumilikdə 332 milyon manat sərf olunub. **
X.Nəsirzadə