Azərbaycanda koronavirus infeksiyasına daha 1465 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 62 min 338-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib, ölənlərin ümumi sayı 811 nəfərə çatıb.
Virusa yoluxmuş 47 min 270 nəfər (sutka ərzində +805) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 257 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12,825 min, hazırkı dövrədək isə 1 milyon 417 min 368 test aparılıb.**
Ə.Məmmədov