Ermənistan silahlı qüvvələrinin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatları, yanacaq sürtkü materialları çatışmır», - məlumatda qeyd olunur.
Bildirilir ki, cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.
“Qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarə olunmasında da problemlər yaranıb”, - nazirlikdən vurğulanır. **
B.Rüstəmbəyov