Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər və Ağcabədi rayonlarının bir neçə kəndini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub”, - deyə məlumatda bildirilir.
Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.*
Ə.Məmmədov