Azərbaycanda koronavirus infeksiyasına daha 1410 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 63 min 748-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib, ölənlərin ümumi sayı 824 nəfərə çatıb.
Virusa yoluxmuş 48049 nəfər (sutka ərzində +779) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 875 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12,14 min, hazırkı dövrədək isə 1 milyon 429 min 508 test aparılıb.*
Ə.Məmmədov